Hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi üçün maliyyə yardımı ayrılıb

Hərbi-sənaye kompleksinin inkişaf etdirilməsi üçün maliyyə yardımı ayrılıb

17 Aprel 15:11
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın hərbi təcavüzü qarşısında tək qalan Ukraynaya maliyyə yardımlarının ayrılması davam edir. Bu gün Danimarka Müdafiə nazirliyi Ukraynaya 313 milyon dollar həcmində maliyyə yardımı ayırdığını bildirib.

Bununla bağlı Danimarka Müdafiə Nazirliyi mətbuat xidməti tərəfindən verilən məlumatda deyilir ki, hökumət Ukraynaya 313 milyon dollar dəyərində maliyyə yardımı paketini təsdiq edib. Məlumatda qeyd edilir ki, Ukraynaya ayrılan maliyyə yardımının 200 milyon kronu (28,5 milyon dollar) hərbi-sənaye kompleksinin inkişaf etdirilməsinə xərclənəcək. Maliyyə vəsaitinin digər hissəsi isə pilotsuz təyyarələrin, döyüş sursatlarının alınmasına və istehsalına, həmçinin hərbi dəniz qüvvələrinin silahlara olan ehtiyaclarının ödənilməsinə sərf ediləcək.

Oxuməni.az