Avropa ölkələri Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təchiz etməlidirlər

Avropa ölkələri Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təchiz etməlidirlər

18 Aprel 12:15
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa ölkələri Ukraynanı hava hücumundan müdafiə sistemləri ilə təchiz etməlidirlər.

Bunu Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Kapri adasında mətbuata verdiyi açıqlamasında deyib. Onun sözlərinə görə, Rusiyanın təcavüzü qarşısında ağır vəziyyətə düşən Ukrananın müasir hava hücumundan müdafiə vasitələrinə, o cümlədən "Patriot"lara ehtiyacı var.

Borrel Qərb ölkələri liderlərinə müraciət edərək onları "Patriotlar"ı anbarlardan çıxararaq dərhal Ukraynaya göndərməyə çağırıb.

Borrel deyib ki, Avropanın taleyi anbarlardakı silahlarda deyil, döyüş meydanında-Ukraynada həll olunur.

Oxuməni.az