Ukraynada uzaq məsafələrə uça bilən pilotsuz təyyarə istehsalına başlanılıb

Ukraynada uzaq məsafələrə uça bilən pilotsuz təyyarə istehsalına başlanılıb

19 Aprel 08:07
Bəyəndim (0) Bəyənmədim (0)

Müharibə şəraitində özünün hərbi sənayesini yenidən qurmağa başlayan Ukraynada uzaq məsafələrə uça bilən pilotsuz təyyarələrin istehsalı üzərində gərgin iş gedir. Bunun da nəticəsində Ukraynada 3 min kilometr məsafəyə uçmağa və düşmən hədəflərini məhv etməyə qadir olan pilotsuz uçan aparatın istehsalı qaydaya salınıb.

Bununla bağlı Böyük Britaniyanın “The Economist” nəşrinin yaydığı məlumata görə, yeni pilotsuz uçan aparat Rusiyanın Sibir bölgısindəki hərbi hədəfləri məhv etməyə qadirdir.

Oxuməni.az