Bolqarıstanda   etiraz aksiyaları keçiriləcək

Bolqarıstanda etiraz aksiyaları keçiriləcək

11 Noyabr 18:20
Bəyəndim (0) Bəyənmədim (0)

Bolqarıstanın 51-ci çağırış Xalq Assambleyasının (Parlament) işinin başlaması ilə eyni vaxtda Sofiyanın mərkəzi hissəsində yerüstü nəqliyyatın iflic olması ilə nəticələnən 7 etiraz aksiyası planlaşdırılır. Bu barədə paytaxt meriyasının mətbuat xidməti məlumat yayıb.

"Vətəndaşların təhlükəsizliyi, həyatı və sağlamlığı ən vacib vəzifədir" deyə şəhərin meri Vasil Terziev şəhər polisinin rəhbərliyi ilə işgüzar görüşdə bildirib. Gücləndirilmiş polis dəstələri asayişi qoruyacaq.

Nümayişlərin təşkilatçıları parlament seçkilərində baryeri keçmək üçün 20-yə yaxın seçicinin səsini qazana bilməyən Haqq və Azadlıq Hərəkatı və Böyüklük partiyalarıdır. “Böyüklük” tərəfdarları səsvermənin nəticələrinə yenidən baxmaqda israrlıdırlar. Ölkədəki vəziyyətdən, hökumətin işindən və siyasi böhrandan narazılıqlarını bildirən bir neçə vətəndaş birliyi tərəfindən də etiraz aksiyaları hazırlanır.

Oxuməni.az