“Tesla”nın dəyəri trilyon dolları ötüb

“Tesla”nın dəyəri trilyon dolları ötüb

11 Noyabr 15:31
Bəyəndim (2) Bəyənmədim (0)

Keçən həftə “Tesla”nın bazar dəyəri 1 trilyon dolları keçdi. Cümə günü “Nasdaq” Birjasında ticarətin bağlanışında elektrik avtomobil istehsalçısının 1 səhminin qiyməti gündə 8,19% bahalaşaraq 321,22 dollar təşkil edib. “Forbes”in məlumatına görə, bu, ABŞ prezident seçkilərində İlon Maskın fəal şəkildə dəstəklədiyi Donald Trampın qələbəsi ilə bağlıdır.
“Tesla”nın kapitallaşması ilk dəfə 2021-ci ilin oktyabrında 1 trilyon dollara çatdı, lakin sonuncu dəfə 2022-ci ilin aprelində bu səviyyəyə çatdı. Bundan sonra son vaxtlara qədər müşahidə olunan azalma müşahidə olundu. Eyni zamanda, hazırkı artım rekord deyil: 2021-ci ilin sonunda şirkətin səhmləri pik nöqtəsində 415 dollar dəyərində idi.
Trampın seçki kampaniyasına təqribən 130 milyon dollar bağışlayan İlon Mask planetin ən zəngin adamı statusunu bir daha təsdiqlədi. Onun şəxsi sərvəti, səhmləri və digər aktivləri də daxil olmaqla, hazırda 300 milyard dolları keçir. Əvvəllər bildirilirdi ki, yeni prezidentin inauqurasiyasından sonra “Tesla” rəhbəri onun komandasında yüksək vəzifə alacaq, büdcə xərclərinin azaldılması üzrə baş məsləhətçiyə çevriləcək.
Almaz Həsənli