Gürcüstan prezidenti yeni parlament seçkilərinin keçirilməsini təklif edib
Gürcüstan prezidenti Salome Zurabişvili hesab edir ki, Gürcüstan dərin siyasi böhrana girir və bu böhrandan yeni parlament seçkiləri ilə qalib gəlmək olar və Avropa bu işdə ona kömək edəcək.
“Gürcüstan dərin siyasi böhrana girir, avropalı dostlarımız bizə gəliblər və bu, Avropanın bizi öz əlindən buraxmadığına və Avropada Gürcüstana və onun xalqına inandığına yaxşı işarədir”,-deyə o, Tbilisiyə gəlmiş səkkiz Aİ ölkəsinin parlament komitələrinin rəhbərləri ilə birgə mətbuat konfransında bəyan edib.
Zurabişvilinin sözlərinə görə, Gürcüstan demokratik ölkədir, amma demokratik hakimiyyətləri yoxdur.
“Gürcüstanda ölkənin bütün qurumlarını ələ keçirən birpartiyalı hakimiyyət var”,- deyib.
Prezident hesab edir ki, bu gün siyasi böhrandan yeganə çıxış yolu yeni parlament seçkilərinin təyin edilməsidir.
“Yeni seçkilər keçirmək lazımdır ki, Gürcüstan qanuni parlament, legitim hökumət və vaxtı gələndə legitim prezident seçsin”, - Zurabişvili qeyd edib.
Oxuməni.az