Tramp Elise Stefaniki BMT-yə səfir, Tom Homani isə İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) direktoru   təyin edib

Tramp Elise Stefaniki BMT-yə səfir, Tom Homani isə İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) direktoru təyin edib

12 Noyabr 08:32
Bəyəndim (0) Bəyənmədim (0)

Yanvarda Ağ Evə qayıtması ərəfəsində ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp daha iki mühüm təyinat həyata keçirib.

O, 62 yaşlı Tom Homanı İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) direktoru vəzifəsinə təyin edib.

Tramp deyib ki, Tom Homan İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) direktoru vəzifəsini icra edəcək. O, bütün qeyri-qanuni əcnəbiləri öz ölkələrinə deportasiya etməkdən məsul olacaq:

Trampın seçki kampaniyası zamanı verdiyi əsas vədlərdən biri immiqrantların qeyri-qanuni yolla ABŞ-da deportasiyası olub.

Trampa yaxın olan mənbə CBS News-ə bildirib ki, Tramp Stefaniki Birləşmiş Millətlər Təşkilatına səfir təyin edib.

“Prezident Trampla söhbətim zamanı onun namizədliyini qəbul etməkdən qürur duyduğumu və ABŞ Senatındakı həmkarlarımın dəstəyini qazanmağı səbirsizliklə gözlədiyimi bildirdim”,- deyə Stefanik bildirib.

Stefanik 2014-cü ildə 30 yaşında Konqresə seçilən ən gənc qadın oldu. O, Nyu-Yorkun 21-ci dairəsini təmsil etməyə davam edir.

Siyasətə girəndən Stefanik əvvəlcə özünü mötədil bir insan kimi təqdim etdi və Trampı tənqid etdi, lakin sonradan onun açıq müdafiəçisi oldu.

“New York Post” qəzetinə verdiyi açıqlamada Tramp Stefaniki inanılmaz dərəcədə güclü, möhkəm iradəli və ağıllı qadın adlandırıb.

Tramp bundan əvvəl Syuzi Uaylsı aparat rəhbəri təyin etmişdi.

Oxuməni.az