Tramp Maykl Uoltsu milli təhlükəsizlik müşaviri təyin edib
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp öz komandasını qurmaqda davam edir. O, Maykl Uoltsu milli təhlükəsizlik üzrə müşaviri təyin edib.
Bu barədə “Reuters” məlumat yayıb. Maykl Uoltsun əsas vəzifəsi milli təhlükəsizlik məsələləri ilə bağlı Trampa məlumat vermək olacaq. O, müdafiə nazirləri Donald Ramsfeld və Robert Gatesin yanında müdafiə siyasəti üzrə direktor vəzifəsində çalışıb və 2018-ci ildə Konqresə seçilib.
Maykl Uolts hazırda hərbi logistikaya nəzarət edən Nümayəndələr Palatasının Silahlı Qüvvələr Alt Komitəsinin sədridir.
Oxuməni.az
Digər xəbərlər