İtaliyada göyərtəsində 260 nəfərin olduğu "Boeing" təyyarəsinin mühərriki uçuş zamanı yanıb
.Haynan Hava Yollarına məxsus təyyarə İtaliyada havaya qalxdıqdan sonra yanıb, Reuters xəbər verir.
İçərisində 249 sərnişin və 16 ekipaj üzvü olan "Boeing 787" noyabrın 10-da Romadan Çinin Şençjen şəhərinə uçurdu. Uçuşdan sonra təyyarənin sağ mühərriki alovlanıb. Ona görə də pilotları qəzadan xilas olmaq üçün yanacağı boşaltmalı olublar. Bundan sonra təyyarə Fiumicino hava limanına təcili eniş edib.
İtaliyanın sahil mühafizəsinin məlumatına görə, yanğına səbəb quşların təyyarəyə çırpılması olub. Bildirilir ki, eniş təhlükəsiz həyata keçirilib və Roma hava limanında hava hərəkətində heç bir gecikmə olmayıb.
Oxuməni.az
Digər xəbərlər