Sinif yoldaşına qarşı cinsi zorakılıq edən məktəbli 4 il yarım müddədinə azadlıqdan məhrum edilib
Qızılordada (Qazaxıstanın cənubunda yerləşən şəhər) yetkinlik yaşına çatmayan uşağın cinsi köləlik işi üzrə ilk hökm çıxarılıb.
Məhkəmədə bildirilib ki, təqsirləndirilən şəxs böhtan xarakterli məlumat yaymaqla hədələyərək məktəbli qızdan 700 min tenge (1410 ABŞ dolları) tələb edib, həmçinin onun çantasından 35 min tenge (70 dollar) götürüb.
“Müttəhimin təqsiri psixoloji-psixiatrik ekspertizanın rəyi, hadisə yerinə baxış, üzləşmə protokolları və zərərçəkmişin sabit ifadəsi ilə təsdiqlənib”, - deyə məhkəmənin mətbuat xidmətindən bildirilib.
Məhkəmə cəza təyin edərkən təqsirləndirilən şəxsin 21 yaşının az olmasını yüngülləşdirici hal kimi tanıyıb. O, dörd il altı ay müddətinə azadlıqdan məhrum edilib.
Oxuməni.az
Digər xəbərlər