Yaponiya Rusiya Federasiyası ilə KXDR arasında əməkdaşlıqdan narahat olduğunu bildirib

Yaponiya Rusiya Federasiyası ilə KXDR arasında əməkdaşlıqdan narahat olduğunu bildirib

12 Noyabr 09:05
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya və KXDR arasında əməkdaşlıq Yaponiyanı narahat edir, çünki Tokionun fikrincə, bu, Ukraynada “vəziyyətin pisləşməsinə” səbəb ola, həmçinin Asiya regionunda təhlükəsizlik vəziyyətinə təsir göstərə bilər. Bunu Yaponiya Nazirlər Kabinetinin baş katibi Yosimasa Hayaşi Pxenyanın Moskva ilə hərtərəfli strateji tərəfdaşlıq haqqında sazişi ratifikasiya etməsini şərh edərkən deyib:

“Rusiya və Şimali Koreya arasında hərbi əməkdaşlığın son inkişafı təkcə Ukraynada vəziyyətin daha da pisləşməsinə səbəb olduğu üçün deyil, həm də ölkəmizin ətrafındakı təhlükəsizlik vəziyyətinə təsiri baxımından narahatlıq doğurub”.

.Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) daha əvvəl məlumat vermişdi ki, Şimali Koreya lideri Kim Çen In Rusiya ilə Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini ratifikasiya edən fərman imzalayıb. Noyabrın 9-da müqaviləni ratifikasiya edən qanunu Rusiya prezidenti Vladimir Putin imzalayıb.

Oxuməni.az