Ukrayna və Almaniya arasında müdafiə və zirehli texnikanın istehsalı sahəsində razılıq əldə edilib
Ukrayna və Almaniya hava hücumundan müdafiə sistemləri və zirehli texnika istehsalı sahəsində ölkələrin müdafiə şirkətləri arasında əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər. Bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Bu məsələ 16-cı Beynəlxalq Təhlükəsizlik Forumu (Halifax, Kanada) çərçivəsində Ukrayna Müdafiə Nazirliyinin Avropaya inteqrasiyası üzrə rəis müavini Sergey Boev və Almaniya Müdafiə Nazirliyinin dövlət katibi Nils Hilmer arasında keçirilən görüşdə qaldırılıb.
Söhbət zamanı Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Almaniya tərəfinə verilən Patriot və İRİS-T hava hücumundan müdafiə sistemlərinə görə minnətdarlığını bildirib.
Görüşdə iki ölkənin Müdafiə Nazirliyinin nümayəndələri gələn il əməkdaşlıq planları haqqında məlumat mübadiləsi aparıb, həmçinin Ukraynaya hansı silah növlərinin tədarük oluna biləcəyini müzakirə ediblər.
Bundan əlavə, "Ukrayna və Almaniya müdafiə şirkətləri arasında hava hücumundan müdafiə və zirehli texnikanın istehsalı sahəsində dərin əməkdaşlıq” barədə razılıq əldə edilib.
Oxuməni.az