Yaxın 15 ildə Qazaxıstanda karbohidrogen ehtiyatları tükənə bilər
Yaxın 15 ildə Qazaxıstanda karbohidrogen ehtiyatları tükənə bilər, deputat Edil Janbirşin parlamentdə hökumət saatında bildirib.
Onun sözlərinə görə, bu gün dövlətdə 548 karbohidrogen yatağı var, neft ehtiyatlarının ümumi həcmi 4,3 milyard tondur.
“Karbohidrogen ehtiyatlarının 72%-i Tengiz, Kaşaqan və Qaraçaqanak kimi iri yataqlarda yerləşir. Aydındır ki, 10-15 ildən sonra bu üç böyük müəssisədə neft və qaz hasilatının həcmi azalacaq. Bundan başqa, işlənmənin gec mərhələsində olan yataqlarda neft və qaz hasilatı azalır, bəziləri fəaliyyətini dayandırır... Geoloji-kəşfiyyat işlərinin indiki ləng tempi və neft hasilatının hazırkı tempi davam edərsə, növbəti 15 ildə karbohidrogen ehtiyatlar tükənəcək”,-deyə deputat bildirib.
Oxuməni.az
Digər xəbərlər