Özbəkistanda 10 ay ərzində məişət zorakılığına görə 399 nəfər məhkum edilib
Özbəkistanda 2024-cü ilin 10 ayı ərzində İnzibati Məsuliyyət Məcəlləsinin 59-2-ci (ailə (məişət) zorakılığı) maddəsi ilə 15 427 nəfər inzibati məsuliyyətə cəlb edilib. Bu barədə Ali Məhkəmənin mətbuat katibi Əziz Abidov məlumat verib.
Onlardan 9210 nəfər cərimələnib, 6217 nəfər barəsində isə inzibati həbs tətbiq edilib.
Cinayət Məcəlləsinin 126-1-ci (ailə (məişət) zorakılığı) maddəsi ilə təqsirli bilinən 399 nəfərdən 126-sı azadlıqdan məhrum edilib, 255-i azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzalara məhkum olunub, 18 nəfərə şərti cəza verilib.
Oxuməni.az
Digər xəbərlər