Tramp FTB direktoru vəzifəsinə Keş Pateli təyin edib
Donald Tramp FTB direktoru vəzifəsinə özünə sadiq şəxsi təyin etmək qərarına gəlib. Bu, əvvəlki komandasından olan Keş Patel olacaq.
"Qürur duyuram ki, Keş Patel Federal Təhqiqatlar Bürosunun növbəti direktoru olacaq. Keş karyerasını korrupsiyanın ifşasına, ədalətin və Amerika xalqının qorunmasına həsr etmiş parlaq hüquqşünas, müstəntiq və America First təşkilatının çempionudur". Bu barədə Tramp Truth Social sosial şəbəkəsində yazıb.
Tramp bu bəyanatı ilə səlahiyyətləri yalnız 2027-ci ildə başa çatmalı olan FTB-nin hazırkı direktoru Kristofer Reyni vəzifəsindən uzaqlaşdırmaq niyyətini açıq şəkildə ortaya qoyub.
Oxuməni.az
Digər xəbərlər