Yeni İİV peyvəndi 99 faiz effektivlik göstərir

Yeni İİV peyvəndi 99 faiz effektivlik göstərir

4 Dekabr 15:48
Bəyəndim (2) Bəyənmədim (0)


Emori Universitetinin tədqiqatçıları İİV (İnsanın İmmunçatışmazlığı Virusu, ing. Human Immunodeficiency Virus, HIV) infeksiyasının qarşısının alınmasının effektivliyini əhəmiyyətli dərəcədə artıran yeni dərman “Lenakapavir”in klinik sınaqlarını keçiriblər. “Gilead Sciences” əczaçılıq şirkəti tərəfindən dəstəklənən və “New England Journal of Medicine” jurnalında dərc edilən iş peyvəndin hətta həssas əhalini virusdan qoruya biləcəyini göstərir.
Klinik sınaqda ABŞ, Cənubi Afrika, Meksika, Braziliya və Tayland da daxil olmaqla ölkələrdən 3265 nəfər iştirak edib. İştirakçılar təsadüfi olaraq iki qrupa bölündülər: birincisi hər 26 həftədən bir “Lenakapavir” inyeksiyası, ikincisi isə hər gün antiretrovirus “Truvada” dərmanı qəbul edirdi. Nəticədə “Lenakapavir” qəbul edən 2179 nəfərdən ikisi yoluxub (bir faizdən az). İkinci qrupda isə 1086 nəfərdən 9-u (17 faiz) xəstələnib.
“Lenakapavir” in əsas üstünlüyü ondan ibarətdir ki, onun ildə yalnız iki dəfə dərialtı yolla yeridilməsi mümkündür ki, bu da profilaktika prosesini xeyli asanlaşdırır.
İİV -dən tamamilə xilas olmaq demək olar ki, mümkün deyil (sümük iliyi transplantasiyası ilə bir neçə hal istisna olmaqla), virus bədənin gizli rezervuarlarında qaldığı üçün. Bununla belə, antiretrovirus dərmanlarıyla müalicə edilmədikdə, infeksiya irəliləyir və 10-12 il ərzində terminal mərhələsi, qazanılmış immun çatışmazlığı sindromu (QİÇS) inkişaf edir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 2023-cü ilə qədər QİÇS təxminən 40,4 milyon insanın ölümünə səbəb olub. Eyni dövr ərzində dünyada təqribən 39 milyon insan İİV-lə yaşayırdı, onlardan yalnız 29,8 milyonu antiretrovirus terapiyası alırdı.
2015-ci il “Global Burden of Disease Study” araşdırması göstərdi ki, qlobal İİV -ə yoluxma 1997-ci ildə pik həddə çatdı və hər il 3,3 milyon yeni hal qeydiyatdan keçirdi. Sonrakı illərdə, 1997-ci ildən 2005-ci ilə qədər bu nisbət əhəmiyyətli dərəcədə azalaraq ildə təxminən 2,6 milyon hadisə səviyyəsinə çatmışdır.
Almaz Həsənli