Moskvada Yeni il atəşfəşanlığı olmayacaq
Bu il Moskvada Yeni il atəşfəşanlığının təşkili nəzərdə tutulmayıb. Bu barədə RİA Novosti-yə paytaxt meri Sergey Sobyanin məlumat verib. 2023-cü ildə Moskva da Yeni il və Milad bayramı ərəfəsində atəşfəşanlıqdan imtina edib. Analoji qərar 2022-ci ildə 300 minə yaxın insanın rəy bildirdiyi “Fəal Vətəndaş”da səsvermədən sonra qəbul edilib.
Noyabrın sonunda Dövlət Dumasının deputatı Dmitri Qusev Rusiya regionlarının rəhbərlərinə Yeni il atəşfəşanlığından imtina etməyi təklif edib. O xatırladıb ki, 2023-cü ildə Rusiya Federasiyasının 37 subyektində Yeni il bayramında atəşfəşanlığa məhdudiyyətlər tətbiq edilib: onlardan 26-da şəhər atəşfəşanlığı olmayıb, 11-də isə pirotexniki vasitələrdən istifadəyə qadağa qoyulub. Qusev, həmçinin vurğuladı ki, regional hakimiyyətlər atəşfəşanlıqdan imtina imkanlarını nəzərdən keçirməli və “qənaət edilən vəsaiti SVO iştirakçılarına və onların ailələrinə ödəmək üçün istifadə etməlidir”.
Oxuməni.az