Pentaqonun rəhbəri Ermənistan ordusunda islahatlara kömək edəcəyinə söz verib

Pentaqonun rəhbəri Ermənistan ordusunda islahatlara kömək edəcəyinə söz verib

6 Dekabr 11:17
Bəyəndim (1) Bəyənmədim (0)


Dekabrın 5-də Ermənistanın müdafiə naziri Suren Papikyan ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşüb, Ermənistan mediası yazır.
Vaşinqton Ermənistan Silahlı Qüvvələrinin islahatlarını dəstəkləməyə davam edəcək. Bu barədə Pentaqonun rəhbəri Lloyd Ostin Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşündə bildirib.
Tərəflər iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər. Ostin qeyd edib ki, ABŞ respublikanın müstəqilliyini, suverenliyini və rifahını dəstəkləyir.
Ostin ABŞ-ın Ermənistan ordusunda islahatları davam etdirməyə hazır olduğunu bildirib.
Almaz Həsənli