Yüzlərlə rusiyalı erməni qara siyahıya salınıb
Ermənistan hakimiyyəti Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyanın ölkəyə girişinə qadağa qoya bilər, “Past” qəzeti yazır.
Nəşr iddia edir ki, Ermənistanın Rusiyadakı səfiri Qurgen Arsenyan XİN-ə 550-yə yaxın adın, xüsusən də jurnalistlərin, mədəniyyət xadimlərinin, politoloqların, Rusiya Erməniləri İttifaqının üzvlərinin və digərlərinin daxil olduğu qara siyahı təqdim edib.
Bir neçə gün əvvəl politoloq Andranik Miqranyanın Ermənistana girişinə qadağa qoyuldu və bu, Rusiyada qeyri-dost addım kimi qiymətləndirildi. İlkin məlumatlara görə, o, valideynlərinin məzarını ziyarət etmək üçün İrəvana uçub, lakin “Zvartnots” hava limanında onu geri qaytarıblar.
Nəşr bildirir ki, hakimiyyət bununla müvafiq informasiya fonu yaradır, ictimai rəyi gələcək tədbirlərə hazırlayır.
Almaz Həsənli