Rusiya, Çin və İran Pekində İranın nüvə proqramını müzakirə edəcəklər

Rusiya, Çin və İran Pekində İranın nüvə proqramını müzakirə edəcəklər

13:07
Bəyəndim (2) Bəyənmədim (0)


Tehranın nüvə proqramı ilə bağlı Çin, Rusiya və İran nümayəndələrinin iştirakı ilə danışıqlar martın 14-də Çinin paytaxtında keçiriləcək. Oxuməni.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Nin bildirib.
Xarici İşlər Nazirliyinin dəqiqləşdirdiyi kimi, müzakirədə Çin xarici işlər nazirinin müavini Ma Çjaosyuy, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov və İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi iştirak edəcək.
“Tərəflər İranın nüvə problemi və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar”, - Çin diplomatik departamenti qeyd edib.
Almaz Həsənli