ABŞ artıq Ukraynaya dəstək üçün yüz milyardlarla dollar xərcləmək istəmir

ABŞ artıq Ukraynaya dəstək üçün yüz milyardlarla dollar xərcləmək istəmir

10:55
Bəyəndim (1) Bəyənmədim (0)


ABŞ artıq Kiyevə hərbi və digər yardımların göstərilməsi üçün yüz milyardlarla dollar xərcləmək istəmir. ABŞ prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlama verib.
Onun sözlərinə görə, Vaşinqton, ilk növbədə, Ukraynada axan qanın dayandırılmasına yardım etməyə çalışır. Tramp bildirib ki, münaqişə rusların və ukraynalıların həyatını alır. “Lakin bunlar da sizin kimi insanlardır və biz düşmənçilikləri dayandırmaq istəyirik” deyə, prezident amerikalı jurnalistlərin suallarını cavablandırıb. Vaşinqton administrasiyasının rəhbəri vurğulayıb: "Biz də milyardlarla, yüz milyardlarla dollar vermək istəmirik, biz artıq Ukraynaya 350 milyard dollar sərf etmişik. "Və heç bir səbəb yox idi... Əgər mən prezident olsaydım, bu müharibə heç vaxt baş verməzdi", - Tramp bildirib.
Onun təqdim etdiyi məlumata görə, martın 12-də Rusiya Federasiyası ilə ABŞ arasında yeni mühüm təmaslar gəlir. “Mən bilirəm ki, bizim sabah Rusiya ilə böyük görüşümüz var və ümid edirəm ki, bundan sonra əla danışıqlar olacaq”, - deyə prezident təfərrüatlara varmadan qeyd edib.
Bundan başqa, onun versiyasına görə, yaxın günlərdə Ukraynada atəşkəs təmin oluna bilər. "Yaxşı, ümid edirəm ki, bu, yaxın bir neçə gün ərzində olacaq", - Tramp tərəflərin Ukraynada "tam atəşkəsə" nə dərəcədə yaxın olduqları barədə suala cavab verib.
Almaz Həsənli