Ançelotti yenidən Braziliya millisinin baş məşqçisi vəzifəsinə namizəddir

Ançelotti yenidən Braziliya millisinin baş məşqçisi vəzifəsinə namizəddir

28 Mart 12:25
Bəyəndim (5) Bəyənmədim (0)


Braziliya Futbol Konfederasiyası “Real” Madridin hazırkı baş məşqçisi Karlo Ançelottini yerli komandaya baş məşqçi təyin etmək fikrinə qayıdıb. Bu barədə “Globo” nəşri məlumat yayıb.
Qurumun rəhbəri Ednaldo Rodriges 65 yaşlı məşhur italiyalı mütəxəssisin milli komandanın sükanı arxasında Dorival Junioru əvəzləyərək 2026-cı il dünya çempionatı zamanı onunla işləməsini istəyir.
“Globo”-nun məlumatına görə, Braziliya tərəfi artıq italyanla əlaqələri bərpa edib, o, müsbət cavab verib, lakin gələcək əməkdaşlığa dair istənilən danışıqların yalnız yayda baş tutacaq 2025-ci il Klublararası Dünya Çempionatından sonra mümkün olacağını açıqlayıb.
Qeyd edək ki, Braziliya millisi hazırda DÇ-2026-nın Cənubi Amerika seçmə mərhələsində keçirdiyi 14 oyundan 21 xal toplayaraq dördüncü yeri tutur.
Karlo Ançelottinin “Real Madrid” ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Almaz Həsənli