Rusiya, Ukrayna və ABŞ arasında Əbu-Dabidə üçtərəfli danışıqların yeni mərhələsi başlayıb
BƏƏ-nin paytaxtı Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ nümayəndə heyətlərinin iştirakı ilə üçtərəfli danışıqlar başlayıb. Bu barədə Ukrayna danışıqlar heyətinin rəhbəri Rüstəm Umerov məlumat verib.
"Danışıqlar prosesi üçtərəfli formatda - Ukrayna, ABŞ və Rusiyada başlayıb. Daha sonra iş ayrı-ayrı qruplarda davam etdiriləcək və konkret sahələrə diqqət yetiriləcək, bundan sonra mövqelərin birgə sinxronlaşdırılması planlaşdırılır", - deyə o bildirib.
Bu məlumatı Rusiyanın TASS dövlət xəbər agentliyindəki mənbə təsdiqləyib.
"Danışıqlar başlanmış hesab edilə bilər; onlar müxtəlif istiqamətlər və formatlarda olacaq. Mətbuat gözlənilmir", - agentliyin mənbəsi bildirib.
Əbu-Dabidə keçirilən danışıqlarda Rusiya nümayəndə heyətinə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin rəisi İqor Kostyukov rəhbərlik edir. Amerika tərəfini Donald Trampın xüsusi nümayəndəsi Stiven Vitkoff və ABŞ prezidentinin kürəkəni Cared Kuşner təmsil edir. Ukraynanı danışıqlarda digərləri ilə yanaşı, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və Prezidentin Aparat rəhbəri Kirill Budanov təmsil edir.
Ukrayna, Rusiya və ABŞ arasında üçtərəfli danışıqların ilk raundu 23-24 yanvar tarixlərində Əbu-Dabidə qapalı qapılar arxasında keçirilib. 28 yanvarda Konqres qarşısında ifadə verən ABŞ dövlət katibi Marko Rubio ərazi məsələsinin sülh planında həll olunmamış yeganə məsələ olduğunu bildirib. Ukrayna prezidenti Volodimir Zelenski öz növbəsində ərazi məsələsinin yalnız Rusiya prezidenti Vladimir Putinlə şəxsi görüş yolu ilə həll edilə biləcəyini qeyd edib.
Əziz MUSTAFA



































.jpg)




























.jpg)
.jpg)
.jpg)













.jpg)

