
Qırğızıstan Azərbaycandan neft almağı düşünür
Qırğızıstan nefti təkcə Rusiyadan deyil, digər mənbələrdən də almağı düşünür. “TASS” xəbər verir ki, bunu respublikanın xarici işlər naziri Jeenbek Kulubayev deyib.
"Alternativ variantlar nəzərdən keçirilir", - Kulubayev parlamentdə Beynəlxalq Əlaqələr Komitəsinin iclası zamanı müvafiq suala cavab verib.
O izah edib ki, Qırğızıstanın İrandan və ya Azərbaycandan neft almaq variantları ola bilər, lakin Rusiya bu ölkəyə güzəştli tariflərlə neft tədarükünü davam etdirir. Eyni zamanda, Qırğızıstan Xarici İşlər Nazirliyinin rəhbəri vurğulayıb ki, digər ölkələrdən neft məhsullarının alınması imkanı yalnız Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi başa çatdıqdan sonra yaranacaq.
Almaz Həsənli
Digər xəbərlər