Brent markalı neft ucuzlaşıb

Brent markalı neft ucuzlaşıb

26 Avqust 12:13
Bəyəndim (2) Bəyənmədim (0)

Etalon markalı neftin qiyməti Hörmüz boğazının açılması məsələsində əldə olunan irəliləyiş fonunda çərşənbə günü səhər ucuzlaşmaqda davam edir.

Oxuməni. az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 09:14-ə Londonun ICE Futures birjasında Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti 1,87 dollar (2,11%) azalaraq bir barel üçün 86,71 dollara düşüb. Çərşənbə axşamı Brent 3,59 dollar (3,89%) ucuzlaşaraq 88,58 dollar olub.

Bu vaxta qədər Nyu-York əmtəə birjasının (NYMEX) elektron ticarətində WTI markalı neftin oktyabr fyuçerslərinin qiyməti 1,77 dollar (2,15%) azalaraq bir barel üçün 80,59 dollar təşkil edib. Ötən sessiyada bu kontraktın qiyməti 2,65 dollar (3,12%) azalaraq 82,36 dollar olub.

Almaz Həsənli