Alimlər bakteriyaların cinsi həyatının sirlərini açıblar

Alimlər bakteriyaların cinsi həyatının sirlərini açıblar

16:25
Bəyəndim (0) Bəyənmədim (0)


Corciya Texnologiya İnstitutundan professor Kostas Konstantinidisin rəhbərlik etdiyi beynəlxalq tədqiqatçılar qrupu bakteriyaların “cinsi” çoxalmanı xatırladan mexanizm vasitəsilə növlərinin genetik birliyini qoruduğunu aşkar ediblər. Bu tapıntılar bakteriyaların yalnız cinsi olmayan yolla çoxaldığına dair ənənəvi inanclara qarşı çıxır. Elmi iş “Nature Communications” (NatCom) jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində alimlər İspaniyanın günəşli şoranlıqlarından toplanmış “Salinibacter ruber” bakteriyasının 100-dən çox ştamını və Britaniya heyvandarlıq fermalarından təcrid olunmuş “Escherichia coli”-ni analiz ediblər.
Məlum olub ki, növlərin bütövlüyünün qorunmasında əsas rolu homoloji rekombinasiya prosesi - yeni DNT-nin genomun oxşar bölmələrini əvəz etdiyi bakteriyalar arasında genetik material mübadiləsi oynayır. Bu proses, tədqiqatçıların tapdığı kimi, heyvanlarda və bitkilərdə məhdud DNT mübadiləsindən fərqli olaraq, bütün genomda bərabər şəkildə baş verir.
"Bu, digər orqanizmlərdə cinsi çoxalmadan fərqli olsa da, növlərin bütövlüyünün qorunmasında nəticə oxşar görünür,"- Konstantinidis deyib.
Alimlər həmçinin müəyyən ediblər ki, eyni növdən olan bakteriyalar bir-biri ilə digər növlərin üzvlərinə nisbətən daha tez-tez DNT mübadiləsi aparırlar ki, bu da növlər arasında aydın sərhədlər yaratmağa kömək edir.
Almaz Həsənli