Qafar Çaxmaqlı: "BİZ ERMƏNİSTAN ADLI DÖVLƏT TANIMIRIQ, O ƏRAZİLƏRİ GERİ ALACAĞIQ” -  Video

Qafar Çaxmaqlı: "BİZ ERMƏNİSTAN ADLI DÖVLƏT TANIMIRIQ, O ƏRAZİLƏRİ GERİ ALACAĞIQ” - Video

23 Yanvar 2022 11:07
Bəyəndim (1) Bəyənmədim (0)

Oxuməni.az Siyasi elmlər üzrə fəlsəfə doktoru, Türkiyənin Erciyes Universitetində ermənişünaslıq bölümü başqanı, İrəvan Türk Cümhuriyyətinin (İTC) rəhbəri Qafar Çaxmaqlının “Qafqaz Media” internet telekanalına müsahibəsini oxucularına təqdim edir:

- “Biz Ermənistan adlı bir dövlət tanımırıq… Bu dövlət Azərbaycan Türklərinin dədə-baba yurdunda qurulduğuna görə, biz həmin ərazilərin tamamına iddialıyıq”

- “Gec-tec o ərazilərin gerçək sahibləri orada olacaq, biz o əraziləri geri alacağıq…”

- “Ermənilər qonşu dövlətlərə ərazi iddialarından, mövcud ideologiyalarından vaz keçməsə, bu bölgədə qalıb yaşamaq şansları azdır”

- “Türk ordusu Gümrüyə girəndə erməni qadınlar, yaşlı insanlar “Xilaskar Türk ordusuna eşq olsun!” şüarı ilə onların qarşısına çıxıblar”

- “Ermənistan adlı dövlət Azərbaycan üçün, bu bölgə üçün təhdid ünsürüdür. Bu təhdid aradan qalxmayınca, biz rahat ola bilmərik”

- “Azərbaycan Milli Şurasının 1918-cilin 29 mayında İrəvanın Ermənistana verilməsi ilə bağlı sənədinin ləğv edilməsi üçün aidiyyəti orqanlara müraciət etmişik…”

- “1920-ci ildə Zəngəzurun verilməsi ilə bağlı İnqilab Komitəsinin qərarının ləğv olunması haqda fəaliyyətimiz var…”

- “1947-ci ildə əhalinin rəyi nəzərə alınmadan, Stalinin əmri ilə 150 min Azərbaycan Türkünün o ərazilərdən çıxarılaraq, Kür-Araz ovalığına köçürülməsi prosesi baş vermişdir. SSRİ-nin varisi olan Rusiyaya bu hüquqi sənədlərin ləğvi ilə bağlı müraciət etmişik…”

- “Ermənistan SSRİ-nin azərbaycanlıların öz dədə-baba yurdlarından çıxarılması, toponimlərin dəyişdirilməsi, Azərbaycan Türklərinə çoxsaylı basqı ilə bağlı sənədlər də ləğv edilməlidir. 1988-ci ildə Ermənistandan Azərbaycan Türklərinin dövlət səviyyəsində, son nəfərinə qədər çıxarılması ilə bağlı faktlar, canlı şahidlər var, bu məsələdə onların köməyindən istifadə etməyi düşünürük…”

- “Ermənilər bu ərazilərə iddialardan vaz keçməsələr, Türkiyə-Ermənistan danışıqları heç bir nəticə verməz”

- “Ermənistan konstitusiyası dəyişməsə, Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması baş verə bilməz. Ondan başqa, Ağrı Dağı Ermənistanın gerbindən çıxarılmalıdır. Əsas da “erməni soyqırımı” dedikləri yalan ideologiyadan vaz keçməlidirlər”

- “Ermənistan həm siyasi, həm iqtisadi cəhətdən perspektivsiz bir dövlətdir. 1918-ci ildə doğru düşünmüşdülər ki, Ermənistan Azərbaycanın tərkibində konfederativ şəkildə, muxtar bir qurum kimi olsun”

- “Ermənistan ya Rusiyanın içərisində bir quruma çevriləcək, ya da Azərbaycanın, Türkiyənin içərisində inteqrasiya proseslərini yaşayıb, bir qurum kimi mövcud ola bilər”

- “Azərbaycanın müxtəlif rayonlarından olan, eləcə də azərbaycanlı soydaşlarımızın yaşadığı Gürcüstandan, Cənubi Azərbaycandan və digər yerlərdən olan insanlar İrəvan Türk Cümhuriyyətinin vətəndaşlığını qəbul edə bilərlər”

- “Erməni kəşfiyyatı hələ də müxtəlif təxribatlar törətmək fəaliyyətini göstərir…”

- “Ermənilər Azərbaycan və Türk dillərini bilməkdə çox da əziyyət çəkmirlər…”

- “Bəziləri belə hesab edirdi ki, ermənilər 44 günlük müharibədən dərs alacaqlar, amma mən o fikirdə deyiləm…”

- “Ermənistanı və erməniləri öyrənmək üçün sistemli bir iş, strategiya olmalıdır…”

- “Mənə elə gəlir ki, dünyada yaşayan bütün azərbaycanlılar sərbəst şəkildə Azərbaycan vətəndaşlığı almalıdırlar. Xüsusən də Gürcüstanda yaşayan Azərbaycan Türkləri ilə bağlı özəl bir qanun qəbul olunmalıdır...”