"İnsanlar Rusiyadan kütləvi şəkildə qaçır, hava limanları adamlarla doludur..."

"İnsanlar Rusiyadan kütləvi şəkildə qaçır, hava limanları adamlarla doludur..."

5 Mart 2022 12:42
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyada azad mətbuata hücumlar davam edir. Nəticədə ölkənin əksər azad mətbuatı fəaliyyətini dayandırmağa məcbur olub.

Oxuməni.az xəbər verir ki, yaranmış vəziyyətlə bağlı "Rusiyanın "xarici agent" adlandırılan "Dojd" telekanalının bağlandığı gün prodüser və teleaparıcı Anna Monqayt İsrailin "Ynet" saytına müsahibə verib.

3 mart 2022- ci il Rusiyanın tarixinə azad mətbuata vurulan son zərbə günü kimi daxil olacaq. Bir neçə gün öncə Roskomnadzor tərəfindən blok edilən "Exo Moskvı" radiostansiyası və "Dojd" telekanalının Rusiyanın KİV- i kimi faktiki olaraq mövcudluğuna son qoyulub. Baxmayaraq ki, onların rəhbərləri efirdən müvəqqəti getdiklərinə ümid edir, Rusiyadakı vəziyyət Moskvadan yayıma ümid yeri qoymur.

Anna danışıb ki, o, "Dojd" telekanalının saytı Roskomnadzor tərəfindən bllok ediləndən sonra öz həyatına təhlükə səbəbindən Rusiyanı tərk etməyə məcbur olub.

"Mən indi Moskvada deyiləm, kollektivimizin yarısı Rusiyanı tərk edib, çünki biz qorxuruq. İndi hər şey baş verə bilər...

Biz anlamırıq, nəyə görə kanalımız bağlanıb. Bir çox dostlarımız həbsə atılıb, biz Rusiyada qalmağa qorxuruq, çünki tezliklə heç kim müstəqil KİV- də işləyə bilməyəcək",- Monqayt İsrailin aparıcı saytına bildirib.

Aparıcı Aleksandra Lukaşın Annanın tanışlarından kimin həbs edilməsi sualına Monqayt savab verib: söhbət həm siyasi məhbuslardan, həm də müharibənin əleyhinə çıxan sadə insanlardan gedir.

"Siz bağçada və ya evin yaxınlığında mitinqə gedə bilərsiniz və dəmir barmaqlıqlar arxasına düşə bilərsiniz. Ona görə ki, Rusiyada "müharibə" sözü qadağan edilib",- Anna deyib.

Monqayt qeyd edib ki, Rusiyada bir neçə müstəqil media kanalları qalmışdı, lakin onların azadlığı məhdudlaşdırılıdı:

"Bizi xarici agentlər elan ediblər. İşlədiyimiz müddətdə biz bilirdik ki, hökumət bizi qapadacaq, biz, axı, çox azad və müstəqil idik".

- Hazırda Moskvada, Sankt- Peterburqda əhval- ruhiyyə necədir?

- Əsl çaxnaşmadır... İnsanlar kütləvi surətdə ölkəni tərk etməyə cəhd edir, hava limanlarında uzun növbələr var. Heç kim Rusiyanın gələcəyinə inanmır.

- Bu, Sizin üçün ağrılıdır?

- Çox ağrılıdır. Mənim bütün həyatım məhv olub, bir çox jurnalistlərin, sadə adamların, hamının həyatı məhv edilib. Heç kim bundan sonra nə baş verəcəyini anlamır.

- Anna, Siz Odessada doğulmusunuz, yəqin ki, orada dostlarınız və ya qohumlarınız var. Siz onların taleyinə görə həyəcanı necə yaşayırsınız?

- Bəli, Ukraynada çoxlu dostlarım var. Onlar bilirlər ki, mən və bizim telekanal onları dəstəkləyir, amma indi onları bombardman edirlər, onlar qorxu içindədir, şəhərləri xarabalıqlara çevrilir. Hamı uşaqlarını götürüb haraya getmək istədiyini bilmir. Yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb, hamı maşınlara əyləşib harasa qaçıb getməyə cəhd edir. Mən dostlarımla danışmışam, rəfiqəm körpəsilə bizə ən yaxın olan Rumıniyaya düşmək istəyir.

- Sizin Rusiyada sosial şəbəkələrə çıxışınız varmı, heç olmasa orada baş verənlər barədə öz fikirlərinizi ifadə edə bilirsinizmi?

- Hələlik, buna imkan var, amma sosial şəbəkələrin sürəti zəifdir, bu da hökumətin strategiyasıdır. Twitter və Facebook zəif işləyir (artıq onlara giriş bloklanıb,- red.), biz fotolar yerinə yalnız kvadratlar görürük.

"Vesti"nin arayışı:

Anne Monqaytın 43 yaşı var, ailəlidir, iki uşağı var. Odessada jurnalist Viktor Loşak və qalereyaçı Marina Loşakın ailəsində doğulub. Jurnalistika ilə yeniyetmə yaşından məşğuldur, 16 yaşında artıq Birinci kanalda işləyib, sonradan NTV telekanalının müxbiri, "Mədəniyyət" telekanalının aparıcısı olub. 2010- cu ildən "Dojd" telekanalının proqram aparıcısı və kanalın kreativ prodüseridir.Moderator.az