Media nümayəndələri arasında “Bir ömür xidmətinizdə...” mövzusunda yaradıcılıq müsabiqəsi elan edilir
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA), “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi (TƏBİB) və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin və dünya şöhrətli oftalmoloq alim Zərifə Əliyevanın 100 illik yubileyi, eyni zamanda TƏBİB-in fəaliyyətə başlamasının 5 illiyi ilə bağlı media nümayəndələri arasında “Bir ömür xidmətinizdə...” mövzusunda yaradıcılıq müsabiqəsi elan edir.
Müsabiqə şərtləri
1.1 Müsabiqə üzrə təqdim edilən materiallar qeyd olunan istiqamətləri əhatə etməlidir:
1.1.1. Heydər Əliyev siyasəti və Azərbaycan səhiyyəsi;
1.1.2. Zərifə Əliyeva şəxsiyyəti, tibdə fenomenallıq və Azərbaycan oftalmologiya elmi;
1.1.3. Azərbaycanda tibb xidməti: keçmiş, bu gün və gələcək üçün potensial;
1.1.4. TƏBİB-in fəaliyyəti, tibbi xidmətdə yeniliklər, vətəndaş məmnuniyyəti və sağlam gələcək;
1.1.5. Səhiyyə və tibb sahəsində dövlət siyasəti: qabaqcıl yanaşma, beynəlxalq standartların tətbiqi.
Qeyd: Bu mövzular ümumi istiqamətləndirici mahiyyət daşıyır. Müsabiqə yazılarında onların hər birinə ayrılıqda və ya ümumi şəkildə istinad oluna bilər.
1.2. Müsabiqəyə müraciət edən jurnalistlərdən aşağıdakılar tələb olunur:
1.2.1. Müsabiqədə əmək müqaviləsi ilə işləyən jurnalistlər və ya fərdi olaraq müəllif hüquqları əsasında fəaliyyət göstərən jurnalistlər iştirak edə bilərlər;
1.2.2. Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı media subyektində yayımlanmalıdır;
1.2.3. Müsabiqəyə 20 noyabr 2023-cü il tarixindən 10 dekabr 2023-cü il tarixinədək çap mediasında (qəzet, jurnal) və informasiya agentliklərində, onlayn mediada (xəbər saytları) yayımlanacaq yazılar, müsahibələr, həmçinin audiovizual media (televiziya, radio) subyektində yayımlanmış video və audio materiallar təqdim olunmalıdır;
1.2.4. Müsabiqə üçün dil və janr məhdudiyyəti yoxdur;
1.2.5. Audiovizual media materialları üçün həcm məhdudiyyəti yoxdur;
1.2.6.Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;
1.2.7. Müsabiqəyə təqdim edilən materiallarda Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB), Medianın İnkişafı Agentliyi və Azərbaycan Mətbuat Şurasının “Bir ömür xidmətinizdə...” mövzusundakı birgə müsabiqəsinə təqdim edilir” qeydi olmalıdır.
Mükafatlandırma
2.1. Müsabiqənin yekununda I yer (2 nəfər) - 1000 manat, II yer (2 nəfər) - 700 manat, III yer (2 nəfər) - 500 manat məbləğində pul mükafatı ilə mükafatlandırılacaq;
2.2. Müsabiqədə qalib olanların adları 20 dekabr 2023-cü il tarixində açıqlanacaq.
Müsabiqəyə müraciət forması
3.1. Müsabiqəyə müraciət elektron qaydada həyata keçirilir və aşağıdakılar tələb olunur:
3.1.1. Müsabiqə yazısı ("Word" faylında, imzasız);
3.1.2. Müsabiqə yazısının dərc olunduğu materialın linki ("Word" faylında, imzalı) ;
3.1.3 . Yazı elektron media resursunda, TV və ya radioda yayımlanıbsa, bunu təsdiqləyən "link" və sair vasitələr;
3.1.4. Yazı və ya multimedia materialının müəllifinin şəxsiyyət vəsiqəsi, iş vəsiqəsi və ya müəllifin əmək və ya mülki hüquq müqaviləsi (PDF, JPG, yaxud "Word" faylında);
3.1.5. Yazı müəllifinin əlaqə vasitələri (PDF, JPG, yaxud "Word" faylında) əlavə olunmalıdır.
Qiymətləndirmə
4.1. Müsabiqəyə təqdim olunan yazılarda aşağıdakı meyarlara üstünlük veriləcək:
4.1.1. Mövzunun dolğun əhatə etmə səviyyəsinə;
4.1.2. Analitik keyfiyyətlərə, faktların və məsələlərin düzgün təhlilinə;
4.1.3. Faktlardan istifadə xüsusiyyətlərinə və araşdırmanın keyfiyyətinə;
4.1.4. İfadə vasitələrinin zənginliyinə;
4.1.5. Oxucu üçün informasiyalılıq dərəcəsinə;
4.1.6. Qabaqcıl dünya təcrübəsi ilə məzmunlu müqayisənin aparılmasına.
Müraciət formasında qeyd olunan bütün materiallar və məlumatlar “Bir ömür xidmətinizdə...” mövzusundakı birgə müsabiqə başlığı ilə [email protected] elektron ünvanına göndərilməlidir.
Qeyd: Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.
Əlaqə: Mobil/Whatsapp: (+994 50) 242 09 91
Oxuməni.az