Hazırda bütün işləri Nazarbayev idarə edir, Tokayev isə... - Şok açıqlama

Hazırda bütün işləri Nazarbayev idarə edir, Tokayev isə... - Şok açıqlama

7 Yanvar 2022 16:21
Bəyəndim (0) Bəyənmədim (0)

“Nursultan Nazarbayev getməyib. O, iki il yarım əvvəl prezidentlikdən getdiyini elan edəndə, dərhal dedim ki, bu, boş söhbətdir. Qısa müddətdən sonra buna əmin olduq. Hazırda o getməyib. Deyirlər ki, ölkədə deyil və s. Amma bütün nəzarət hələ də onun əlindədir”.

Oxuməni.az xəbər verir ki, bunu Qazaxıstanda müxalifət nümayəndəsi Muxtar Ablyazov deyib.

O əlavə edib ki, Tokayev Nursultan Nazarbayevdən asılıdır:

“Konstitusiyaya görə, hüquqi baxımdan Nazarbayev ömürlük Təhlükəsizlik Şurasının sədridir. Sabah Konstitusiyanı əsas gətirərək deyə bilər ki, fikrimi dəyişdim və qayıtdım. Konstitusiya onun bütün səlahiyyətlərini təsdiq edir”.

Ablyazov qeyd edib ki, əgər Konstitusiyada bu təsdiqini tapmasaydı, Nazarbayevin bu gedişi yenə də mümkün olardı:

“Çünki nəzarət rıçaqları hələ də Nazarbayevin əlindədir. Burada hər şey konsepsiyalara uyğun həyata keçirilir. Və konsepsiyalara görə, Nursultan Nazarbayev ölkəni idarə edir, prezident isə sadəcə olaraq onun iradəsini yerinə yetirir”.

PS. Bu xəbər ruslar tərəfindən Nursultan Nazarbayevin öldürülməsi və ya təcrid olunması ilə bağlı yayılan məlumatlardan diqqəti yayındırmaq da ola bilər... Hər halda Rusiya xüsusi təyinatlı gücləri bu sahədə böyük təcrübəyə malikdirlər. Nazarbayev həqiqətən də sağ olsaydı, o heç vaxt hadisələrin bu istiqamətdə inkişaf etməsinə imkan verməz və xalq qarşısına çıxaraq onları sakitləşdirər,ölkəyə də rusları dəvət etməzdi....