Qazaxıstan Rusiyaya diplomatik nota göndərib

Qazaxıstan Rusiyaya diplomatik nota göndərib

10:36
Bəyəndim (1) Bəyənmədim (0)


Qazaxıstan Çindən Avropaya gedən 20 yük maşınının Rusiya sərhədində gömrük blokadası ilə bağlı Rusiyaya diplomatik nota göndərib.
“Kazinform”un məlumatına görə, Qazaxıstan baş nazirinin müavini Serik Jumanqarin deputatların “Qazaxıstan yük maşınlarının Rusiya sərhədindən niyə Avropaya buraxılmaması” ilə bağlı sualını cavablandırıb.
Jumanqarinin sözlərinə görə, Rusiyanın yeni qaydalarına əsasən, ölkə ərazisindən Avropa İttifaqı, ABŞ və Ukraynaya pilotsuz uçuş aparatlarının, hərbi geyimlərin, generatorların, akkumulyatorların və digər məhsulların ixracı məhdudlaşdırılıb.
Cumanqarin qeyd edib ki, Rusiya bu dəyişikliklərlə bağlı Qazaxıstana məlumat verməyib və birtərəfli qaydada tətbiq edib: “Bu məhdudiyyətlərə görə Qazaxıstan və Rusiya ərazisi ilə Çindən Avropa ölkələrinə gedən 20 avtomobil sərhəddə saxlanılıb”.
O bildirib ki, Qazaxıstanın Moskvadakı səfirliyi problemin həlli üçün Rusiya Xarici İşlər Nazirliyinə nota göndərib.
Baş nazirin müavini xatırladıb ki, Avrasiya İqtisadi İttifaqına (Aİİ) əsasən, gömrük ərazisində saxlanılan mallar bəyannaməçiyə qaytarılmalıdır. Onun sözlərinə görə, yük maşınlarının buraxılması və ya Qazaxıstana qaytarılması tələbi ilə Rusiyanın müvafiq orqanlarına məktublar göndərilib.
Jumanqarin əlavə edib ki, bu məsələ gələn həftə Almatıda Avrasiya İqtisadi İttifaqının Hökumət Başçıları Şurasının iclasında ikitərəfli və çoxtərəfli əsasda müzakirə olunacaq.
Almaz Həsənli