Rəşad İlyasov bəstəkarın nəvəsi ilə duet oxuyacaq
Bəbir və Ülviyyə Bəbirlinin rəhbərlik etdiyi "Bu mənəm-2" layihəsinin budəfəki iştirakçıları müğənni Rəşad İlyasov və bəstəkar İmruzə Hüseynovanın 12 yaşlı nəvəsi İmruzədir. Mediainfo-nun məlumatına görə, hazırlıq prosesini keçən duet "Körpələri sevin" (bəstəkar Bəbir və Ülviyyə Bəbirli, sözləri Ruhiyyə Rüstəmovanın) adlanır.
Qeyd edək ki, "Bu mənəm-2" məşhurlarla uşaqların duetlərindən ibarət layihədir. Nəzərdə tutulan mahnıların musiqi müəllifləri layihənin rəhbərləri olan Bəbir və Ülviyyə Bəbirli, söz müəllifi Ruhiyyə Rüstəmovadır.
Rəşad İlyasovla bərabər layihədə əməkdar artistlər Tünzalə Ağayeva, Lalə Məmmədova, Xəyyam Mustafazadə müğənnilər Eldar Qasımov, Samirə, Gülnaz İsmayılova, Zamiq Hüseynov, Günay İbrahimli, Əbdül Xalid, Əkbər və Gülnarə Rəhman yer alıb.
Layihə rəhbərləri: "Əsas qəhrəmanlar uşaqlar olduğuna görə, məsuliyyətimiz iki qat artıb. Onların istedadını bu şəkildə ictimaiyyətə ərməğan etmək üçün həvəslə çalışırıq – deyə bildiriblər".
Mediainfo.az































































.jpg)































