"Aşk sana benzer" filminin sevgili cütlüyü bərabər olduqlarını nümayiş etdirməkdədirlər

"Aşk sana benzer" filminin sevgili cütlüyü bərabər olduqlarını nümayiş etdirməkdədirlər

21 Fevral 2015 00:59
Bəyəndim (0) Bəyənmədim (0)

Mediainfo.az türk mediasına istinadən xəbər verir ki, "Aşk sana benzer" filminin baş qəhrəmanları Fahriye Evçen ve Burak Özçivit dedi-qodulara inad daha sız-sız görüşməyə başlayıblar. Cütlük bir-birinə olan sevgisini hətta nümayişkaranə şəkildə büruzə verməyə çalışırlar.

Məkanların birində şam yeməyindən sonra mediaya yaxalanan sevgililər evlilik məsələsinə, "bu barədə danışmaq tezdir" cavabını veriblər. Deyilənə görə, Özcan Deniz kimi Burakın ailəsində də Fahriyəyə qarşı çıxanlar var. Bu üzdən aktyor sevdiyi xanımla ailə qurmaqda çətinlik çəkir.

Günel Həbib