"Ben bilmem, eşim bilir" verilişinin aparıcısı Bakıya gəlir
Türkiyənin populyar "Ben bilmem, eşim bilir"verilişinin aparıcısı İlker Ayrık Nizami Kino Mərkəzində film təqdim edəcək .
Martın 6 -da Azərbaycanın bir nömrəli Nizami Kino Mərkəzində növbəti türk ulduzunun imza günü və film nümayişi keçiriləcək. Belə ki, Türkiyənin populyar aktyoru və "Ben bilmem, eşim bilir" verilişinin aparıcısı İlker Ayrık çəkdiyi və çəkildiyi "Yapışık kardeşler" komediya filmini Azərbaycan tamaşaçısına təqdim edəcək.
Filmin ssenarisi bundan ibarətdir ki, Halim və Selim iki şən və baməzə olan qardaşdırlar. Onları başqalarından fərqli edən səbəb bir-birinə yapışıq doğulmaları və istər-istəməz bərabər yaşamağa məcbur olmalarıdır. Balaca bir qəsəbədə xoşbəxt həyat sürən qardaşlar evlilik yaşına çatdıqda, özlərinə uyğun "xeyirli" qismət tapmaq üçün İstanbula üz tuturlar. Bundan sonra onların sərgüzəştləri başlayır.
Filmdən əvvəl aktyor və rejissor İlker Ayırık aftoqraf sessiyası keçirəcək və mətbuatın suallarını cavablandıracaq.
Filmdə baş rolları İlker Ayirik ilə yanaşı Hakan Bulut, İvana Sert, Suzan Kardeş, Suat Sungur, Erdal Tosun, Ayberk Atilla, Fırat Tanış ve Bülent Şakrak ifa ediblər.
P.S. Filmin nümayişinə, sevimli aktyoru izləmək istəyən tamaşaçılar da qatıla bilər. Biletlər artıq satışdadır.
Hazırladı: Könül Aypara





























































.jpg)

































