ŞOK!!! Realiti-şounun iştirakçıları qəzada ölüblər

ŞOK!!! Realiti-şounun iştirakçıları qəzada ölüblər

10 Mart 2015 10:37
Bəyəndim (0) Bəyənmədim (0)
8 nəfərin arasında Olimpiya çempionu da var

Argentinada iki helikopterin toqquşması nəticəsində ölən 10 nəfərin arasında fransalı idmançılar, o cümlədən üzgüçülük üzrə Olimpiya çempionu Kamil Muffa (Camile Muffat) da var.

Apa-nın "Reuters"ə istinadən verdiyi məlumata görə, ölənlərdən 8-i Fransa vətəndaşlarıdır. K. Muffa ilə birlikdə boksçu Aleksis Vastin (Alexis Vastine) və yaxtaçı Florens Arto (Florence Arthaud) da ölüb.

Hadisə martın 9-da paytaxt Buenos Ayresdən 1170 km şimal-qərbdə, La-Rioha əyaləti ərazisində baş verib. 100 metrə yaxın hündürlükdə iki helikopter toqquşub. Helikopterlərin sərnişinləri ekstremal şəraitdə yaşamağa həsr olunmuş reality-şounun iştirakçıları olub.

Mediainfo.az