Elnarə Türkiyədə konsert verəcək
Müğənni Elnarə Xəlilova Türkiyədə məşhur Enbe Orkestri ilə konsert proqramı ilə çıxış etməyə hazırlaşır. Iki saat davam edəcək konsert martın 21-də - Novruz bayramında "TRT Avaz" telekanalı ilə canlı yayımlanacaq. Elnarənin konsert repertuarı xalq və klassik Azərbaycan mahnıları üzərində qurulub.
Qeyd edək ki, E. Xəlilova səhnəni Türkiyənin ustad sənətçisi Kubatla bölüşəcək. Konsertdə Kubatla Elnarənin tamaşaçılar üçün sürprizi gözlənilir.
Hazırladı: Könül Aypara
Digər xəbərlər























































.jpg)






































