Azərbaycanlı teleaparıcı Hande Yeneri əvəz etdi

Azərbaycanlı teleaparıcı Hande Yeneri əvəz etdi

19 Mart 2015 13:05
Bəyəndim (0) Bəyənmədim (0)

"Li-li group" və "Mərdan" yapımın birgə layihəsi olan "Körpü" şousunun bu dəfəki bayram əhval-ruhiyyəli buraxılışının qonaqları meyxanaçı Namiq Qaraçuxurlu, Türkiyədən Fliz Taçbaş və müğənni Berksan olub. Xatırladaq ki, F.Taçbaş "Arka sokaklar" serialının oyunçularındandır.

Canlı ifaların yer aldığı verilişi tele-aparıcı Aynur Hacıyeva daha maraqlı edib. O, Berksana Hande Yenerlə olan sonuncu "Haberi varmı" klipini səhnədə canlandırmağa təşəbbüs edib:

" Kiçik bir səhnə göstərdik, mən Handenin obrazında idim. Yumor və yüksək əhval-ruhiyyədə davam edən buraxılışımızda N.Qaraçuxurlunun bədahətən meyxana söyləməsi verilişə rəng qatdı . Mən fürsətdən istifadə edib, orada oturan və eyni zamanda bizi işıqlandıran Türkiyə mətbuatı və maqazin verilişlərinə də meyxana haqqında məlumat verdim. Namiq də mənim bu jestimi görüb bədahətən veriliş və mənim aparıcılığım haqqında maraqlı meyxana söylədi. Hürriyət, Gecce.az və bir çox məşhur portallar və maqazin verilişləri artıq "Körpü" haqqında sujetlər hazırlayırlar. Tamaşaçıları "Körpü"nü Azərbaycan telekanalına qoşularaq izləmək həvəsindədir. Hər veriliş öncəsi onların sosial şəbəkələrdə çoşqusunun şahidi oluruq".

Qeyd edək ki, Leyla Babayeva da hər veriliş olduğu kimi ansamblın müşayiəti ilə Azərbaycan mahnıları səsləndirib. Bütün bunları martın 22-də, saat 22:50-də "Xəzər" televiziyasında izləmək mümkün olacaq.

Mediainfo.az