"Atletiko"nun ən bahalı transferi zədələndi

"Atletiko"nun ən bahalı transferi zədələndi

21 İyul 2019 06:40
Bəyəndim (0) Bəyənmədim (0)

"Atletiko"nun ən bahalı transferi Joau Feliks debüt oyununda zədələnib.

Qol.az-ın məlumatına görə, o, "Numensiya" (İspaniya) ilə yoxlama görüşünün (3:0) 27-ci dəqiqəsində zədə alıb və 3 dəqiqə sonra məcburi əvəzlənib.

Qeyd edək ki, J.Feliks bu yay 126 milyon avroya "Benfika"dan "Atletiko"ya transfer olunub.