Ramil oynadı, "Dinamo" ilk qələbəsini qazandı

Ramil oynadı, "Dinamo" ilk qələbəsini qazandı

27 İyul 2019 07:04
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Premyer Liqasında 3-cü tur start götürüb.

Millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Dinamo" öz meydanında "Ural"ı qəbul edib.

Ev sahibinin 2-0 qalib gəldiyi görüşdə ilk qolun ötürməsini R.Şeydayev edib. O, 31-ci dəqiqədə Pançenkonun vurduğu qolun ötürməsini verib. Bununla "Dinamo" mövsümdə ilk qələbəsini qazanıb.

"Dinamo" - "Ural" - 2:0

Qollar: Yusupov, 16, Pançenko, 31