Rusiya millisinin üzvü Türkiyə klubunda

Rusiya millisinin üzvü Türkiyə klubunda

3 Avqust 2019 06:17
Bəyəndim (0) Bəyənmədim (0)

"Zenit"lə müqaviləsi başa çatan rusiyalı qapıçı Yuri Lodıqinin yeni klubu müəyyənləşib.

29 yaşlı qolkiper karyerasını Türkiyədə davam etdirəcək. O, yeni mövsümdən Superliqada çıxış edəcək "Qazişehir"ə transfer olub. Klubun saytı qapıçı ilə 2 illik müqavilə imzalandığını açıqlayıb.

Qeyd edək ki, Rusiya millisinin üzvü 2013-cü ildən "Zenit"də çıxış edirdi.