Bu gün UEFA Super Kubokunun qalibi bəlli olacaq

Bu gün UEFA Super Kubokunun qalibi bəlli olacaq

14 Avqust 2019 09:33
Bəyəndim (0) Bəyənmədim (0)

Avqustun 14-də UEFA Super Kubokunun final görüşü keçiriləcək.

Türkiyənin “Vodafone Park” stadionunda oynanılacaq görüşdə ötən mövsüm UEFA Çempionlar Liqasının qalibi “Liverpul”, UEFA Avropa Liqasının qalib kimi başa vurmuş “Çelsi” klubu ilə üz-üzə gələcək.

Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Görüşü ilk dəfə qadın referi idarə edəcək. Fransalı Stefani Frappara həmyerlisi Manuela Nikolazi və irlandiyalı Mişel O Nil yan xətt hakimləri kimi yardımçı olacaq. Dördüncü hakim funksiyasını türkiyəli kişi referi Cüneyt Çakır yerinə yetirəcək.

Qeyd edək ki, “Çelsi” 2018-2019-ci ilə mövsümünün UEFA Avropa Liqasının Bakıda keçirilən finalında “Arsenal” klubunu məğlub etmişdi (4:1). “Liverpul” isə qitənin ən nüfuzlu klub turnirinin həlledici götüşündə “Tottenhem”ən üstün olub (2:0).