Karateçilərimiz Macarıstanda 3 qızıl və 5 bürünc medal qazandılar

Karateçilərimiz Macarıstanda 3 qızıl və 5 bürünc medal qazandılar

17 Sentyabr 2019 11:02
Bəyəndim (0) Bəyənmədim (0)

Yeniyetmə və gənclərdən ibarət milli komandanın üzvləri Macarıstanda 22-ci “Budapeşt Open” beynəlxalq karate turnirini 8 medalla başa vurublar.

Baş məşqçi Anar Allahverdiyevin rəhbərlik etdiyi komandanın üzvlərindən 16-17 yaşlı gənclərdə Hüseyn Məmmədli (61 kq), Ayla Rzazadə (-59 kq), həmçinin 21 yaşadək gənclər arasında Murad Hacızadə (+84 kq) qızıl medal qazanıblar.

Böyüklər arasında da özünü sınayan M.Hacızadədən (+84 kq) başqa 16-18 yaşlı gənclərdən Sultan Hüseynov (-55 kq), Tale Yaqubov (-68 kq), 21 yaşadək gənclərdən isə Hümmət Baxşəliyev (-67 kq) və Fidan Teymurova (-50 kq) bürünc mükafata sahib olublar.

Ənənəvi “Budapeşt Open” turnirinə 36 ölkədən 1875 karateçi qatılıb. Macarıstandakı yarış sentyabrın ikinci yarısında İranın Urmiya şəhərində, daha bir beynəlxalq turnir isə oktyabrın axırında Çilidə dünya çempionatına sınaq məqsədi daşıyır.

Oxumeni.az