Ronaldodan etiraf: Anamı matçı izləməyə qoymuram

Ronaldodan etiraf: Anamı matçı izləməyə qoymuram

18 Sentyabr 2019 14:49
Bəyəndim (0) Bəyənmədim (0)

“Yuventus”un hücumçusu Kristiano Ronaldo anasına vacib qarşılaşmaları izləməyi qadağan etdiyini bildirib.

Oxumeni.az xəbər verir ki, bu barədə ulduz futbolçu “Mirror” nəşrinə müsahibəsi zamanı danışıb.

Onun sözlərinə görə, sözügedən qadağaya səbəb anasının qarşılaşmalar zamanı oğlu üçün ciddi narahatlıq keçirməsidir.

“O, çox həyəcanlanır. Hazırda vacib oyunlara baxmasına icazə vermirəm. Dostlarımdan onunla qalmalarını xahiş edirəm, dayanmadan evdə dolanır. Stadionda iki dəfə huşunu itirib, çox narahat olur. Mən atamı itirmişəm, anamdan da məhrum olmaq istəmirəm. Ona görə də tapşırmışam ki, yarımfinal və finalları izləməsin”, - Ronaldo bildirib.

Oxumeni.az