Cüdoçumuz bürünc medal qazanıb

Cüdoçumuz bürünc medal qazanıb

27 Sentyabr 2019 15:22
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın yeniyetmə cüdoçusu Vüqar Talıbov Qazaxıstanın Almata şəhərində keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb. Oxumeni.az-ın məlumatına görə, 73 kq çəki dərəcəsində mübarizə aparan idmançı İtaliya təmsilçisi Luici Sentraççio ilə üz-üzə gəlib. Rəqibini ipponla məğlub edən azərbaycanlı olimpiya çempionu bürünc medal qazanıb.

Daha öncə Kamran Süleymanov 60 kq çəkidə gümüş medala sahib olub.

Qeyd edək ki, Vüqar Talıbov 2018-ci ildə Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmiş Yeniyetmələrin III Yay Olimpiya Oyunlarının qalibidir.

Oxumeni.az