“Sevilya” “Düdelanj”ı darmadağın etdi - Video

“Sevilya” “Düdelanj”ı darmadağın etdi - Video

25 Oktyabr 2019 12:17
Bəyəndim (0) Bəyənmədim (0)

Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunları keçirilib.

Oxumeni.az xəbər verir ki, "Qarabağ"la eyni qrupda yer alan "Sevilya" doğma azarkeşləri önündə Lüksemburqun "Düdelanj" klubunu qəbul edib.

Qarşılaşma ispanların 3:0 hesablı qələbəsiylə başa çatıb. "Sevilya"nın qələbə qollarına Franko Vaskesin (2) və El Haddadi imza atıb.

Qeyd edək ki, 3 turdan sonra "Sevilya" 9 xalla A qrupunda liderdir. 4 xalı olan "Qarabağ" ikinci, 3 xalı olan "Düdelanj" isə üçüncüdür. 3 oyundan 1 xal toplayan APOEL isə sonuncu pillədə qərarlaşıb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)