Akrobatika gimnastlarımız Avropa çempionatında bürünc medal qazanıblar

Akrobatika gimnastlarımız Avropa çempionatında bürünc medal qazanıblar

31 Oktyabr 2019 08:00
Bəyəndim (0) Bəyənmədim (0)

İsrailin Holon şəhərində bu gün start götürmüş akrobatika gimnastikası üzrə Avropa Çempionatı gimnastlarımız üçün uğurlu başlayıb.

Azərbaycan Gimnastika Federasiyasından Oxumeni.az-a verilən məlumata görə, gənclər yaş kateqoriyasında kişi cütlüyü tərkibində çıxış edən Murad Rəfiyev və Daniel Abbasov yarışların bürünc medalını qazanıblar. Balans hərəkətləri proqramında hakimlərdən 28 xal alaraq, gimnastlarımız fəxri kürsünün 3-cü pilləsinə yüksəliblər. 1-ci və 2-ci yerləri müvafiq olaraq Böyük Britaniya (28.750) və Rusiya (28.600) gimnastları tutub.

Qeyd edək ki, bu gündən etibarən yarışlara böyüklər yaş kateqoriyasında çıxış edən gimnastlarımız da qoşulacaqlar. Çempionat noyabrın 3-ü yekunlaşacaq.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)