Şahmat yığmamız Ermənistana qalib gəldi - Avropa çempionatının medalçısı oldu

Şahmat yığmamız Ermənistana qalib gəldi - Avropa çempionatının medalçısı oldu

2 Noyabr 2019 11:33
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandaları Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son tur oyunlarını qələbə ilə başa vurub.

Oxumeni.az-ın məlumatına görə, qadınların mübarizəsində Ermənistan, kişilərin yarışında isə Sloveniya yığması məğlub edilib. Bununla da qadınlardan ibarət Azərbaycan millisi 27 ildən sonra ilk dəfə Avropa çempionatının medalçıları sırasına düşüb.

Xatırladaq ki, Azərbaycanın qadın millisi indiyədək ən böyük nailiyyətinə 1992-ci ildə imza atıb. Həmin vaxt da bürünc medal qazanılıb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)