İtaliya A seriyasında  mövsümə yekun vurulub

İtaliya A seriyasında mövsümə yekun vurulub

3 Avqust 2020 11:45
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliya A seriyasında 2019/20 mövsümünə yekun vurulub.

Son oyun günü yalnız bir məsələyə - A seriyasını tərk edən sonuncu komandanın adına aydınlıq gətirib. “Spal” və “Breşiya”nın ardından “Leççe” də B seriyasına yuvarlanıb.

Öz meydanında “Parma”ya uduzan komanda 18-ci pillədən qurtula bilməyib. “Verona” üzərində qələbə qazanan “Cenoa” güclülər sırasında qalıb.

Digər oyunlarda “Fiorentina” “Spal”la, “Udineze” “Sassuolo” ilə səfər matçında üç xala sevinib. “Bolonya” öz meydanında “Torino” ilə sülhə imza atıb.

Qeyd edək ki, sonuncu turun digər 5 qarşılaşması bir gün əvvəl baş tutub.

İtaliya A seriyası
XXXVIII tur
2 avqust
“Spal” – “Fiorentina” – 1:3
Dalessandro, 39 – Dunkan, 3, Kouame, 89, Pulqar, 90 (pen.)
“Cenoa” – “Verona” – 3:0
Sanabria, 13, 25, Romero, 44
“Leççe” – “Parma” – 3:4
Barak, 40, Messariello, 45, Lapadula, 68 – Lusioni, 11 (avtoqol), Kaprari, 24, Kornelius, 52, İnqles, 66
“Bolonya” – “Torino” – 1:1
Svanberq, 18 – Zaza, 67
“Sassuolo” – “Udineze” – 0:1
Okaka-Çuka, 53

Oxuməni.az