Azərbaycan komandası şahmat olimpiadasına uğurla başlayıb

Azərbaycan komandası şahmat olimpiadasına uğurla başlayıb

21 Avqust 2020 16:47
Bəyəndim (1) Bəyənmədim (0)

Ümumdünya Şahmat Olimpiadasına Azərbaycan komandası uğurla start verib.

Oxuməni.az xəbər verir ki, ilk oyununu Niderland yığmasına qarşı keçirən komandamız 3,5:2,5 hesabla qalib gəlib. Belə ki, şahmatçılarımız Teymur Rəcəbov, Günay Məmmədzadə, Xanım Balacayeva rəqiblərinə qalib gəliblər, Gülnar Məmmədova isə heç-heçə edib.

Komandamız bu gün daha iki oyun keçirəcək. Şahmatçılarımızın rəqibləri Macarıstan və Cənubi Afrika Respublikasının yığmaları olacaq.

Oxuməni.az