Azərbaycan komandasının potensial rəqibləri müəyyənləşib

Azərbaycan komandasının potensial rəqibləri müəyyənləşib

24 Avqust 2020 15:24
Bəyəndim (2) Bəyənmədim (0)

Ümumdünya Şahmat Olimpiadasında dörddəbir finalda mübarizə aparacaq Azərbaycan komandasının potensial rəqibləri müəyyənləşib.

Oxuməni.az xəbər verir ki, şahmatçılarımız pley-off mərhələsində mübarizə aparacaq Bolqarıstan-Polşa qarşılaşmasının qalibi ilə mübarizə aparacaqlar. Digər komandalara gəlincə, Hindistan Yunanıstan-Ermənistan, Rusiya Macarıstan-Almaniya, ABŞ isə Çin-Ukrayna qarşılaşmalarının qalibləri ilə görüşəcəklər.

Olimpiadanın pley-off mərhələsi avqustun 27-də, dörddəbir final yarışları isə 28-də keçiriləcək.

Oxuməni.az